Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“VKontakte"nin Ukraynadakı rəqibi bağlandı

Rusiyanın “VKontakte” sosial şəbəkəsinə alternativ olaraq yaradılan Ukraynanın “Ukrainians” sosial şəbəkəsinin həmtəsisçisi Aleksandra Strumçinskaya layihənin bağlandığını bildirib. 

İKT.lent.az-ın Gazeta.ru saytına istinadən məlumatına görə, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb. 
 
“Məni fakt qarşısında qoydular ki, Ukrayna sosial şəbəkəsinin tərtibatı dayandırılsın. Vəziyyət belədir - layihənin reallaşdırılmasını davam etdirmək üçün mənim səsim kifayət deyil. Tərtibatçı şirkətin rəhbərliyi (şəbəkənin həmtəsisçiləri) nəinki müstəqil olaraq tərtibatdan, həmçinin onun digər tərəfə ötürülməsindən imtina ediblər. Bu səbəbdən də mən sizin qarşınızda verdiyim sözə əməl edə bilmədim”, - deyə o bildirib. 

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017