Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bakıda rabitə müəssisələri 918 min manatlıq xidmət göstərib

Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə, idarə və təşkilatlara göstərilən xidmətlərin həcmi 917 594,5 manat təşkil edib. 

İKT.lent.az-ın Bakı Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu barədə yanvar-iyul aylarında Bakı şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində deyilir. Bu rəqəm əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur. 

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,7 min nəfər olub. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 0,5 faiz azdır. 

Orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artaraq 1080,5 manat təşkil edib.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018