Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Sentyabrın 12-də təqdim olunacaq “iPhone”lar MƏLUM OLDU

Sentyabrın 12-də “Apple” şirkəti yeni məhsullarını təqdim edəcək. 

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumata görə, nümayiş olunacaq yeni cihazların adları hələ də sirr olaraq saxlanılır. 

Daha əvvəl təxmin edilirdi ki, “iPhone 7S”, “7S Plus” və “iPhone 8” smartfonları təqdim ediləcək. Ancaq İFA-2017 istehlak sərgisində bu məlumatı təkzib ediblər. İFA-da təqdim edilən və rəsmi “Apple Store” mağazalarında məhsullarını satan aksesuar istehsalçıları bildiriblər ki, bu il “Apple” pərəstişkarları “S” avadanlıqlı smartfonlar görə biləcəklər. Təqdimatda “iPhone 8”, “8 Plus” və “iPhone Edition” nümayiş olunacaq. 

Mütəxəssislər bildirirlər ki, “iPhone Edition” naqilsiz enerji ilə doldurulma və “Gorilla Glass 5” müdafiə şüşəsi ilə təchiz olunacaq. Bundan başqa, “iPhone Edition” bu istehsal xəttində daha premium məhsul olacaq.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017