Bu bölmə Bakcell tərəfindən təqdim olunur

16 faiz amerikalı “iPhone 8” istəyir

Amerikalı analitiklər “Apple” şirkətinin yubiley smartfonuna olan tələbatı təhlil ediblər. 

 
İKT.lent.az-ın Versiya.info saytına istinadən verdiyi məlumata görə, sorğuya əsasən, ABŞ sakinlərinin yalnız 16 faizi yeni “iPhone 8”-i əldə etmək istəyir.
 
“Piper Jaffray” analitiklərinin sorğusu göstərir ki, “iPhone” istifadəçiləri özlərinin “Apple” smartfonlarını yeni versiyaya qədər yeniləmək istəmirlər. Yalnız 16 faiz bildirib ki, onlar öz “iPhone 7”-sini 2017-ci ilin versiyasına qədər yeniləyəcəklər. 
 
Daha 24 faiz isə cavab verib ki, ola bilsin, “iPhone 8” əldə etsinlər. Sorğuda ABŞ-da 400 nəfərdən çox “iPhone” istifadəçisi iştirak edib. 
 
Gözlənilir ki, yeni “iPhone 8” üz cizgilərinin tanınması, iki linzalı 3D kamera, reallıq imkanlarının genişləndirilməsi və OLED displey kimi unksiyalara malik olacaq. 

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017