Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp”ın bəzi funksiyaları pullu olacaq

“Facebook” şirkəti sahibi olduğu “WhatsApp” əlavəsində yeni funksiyalarından istifadəyə görə şirkətlərdən gələcəkdə ödəniş almaq niyyətindədir.

 

İKT.lent.az-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” nəşri yazıb. 
 
“Biz şirkətlərə məlumat göndərmək və arzu etdikləri cavabları almaq üçün insanlara imkan yaratmaq istəyirik. Gələcəkdə bunun üçün şirkətlərdən pul almağı planlaşdırırıq”, - deyə “WhatsApp”ın əməliyyat direktoru Mett Atdem bildirib. 
 
Yenilik kiçik şirkətlər üçün yaradılmış “WhatsApp Business” əlavəsinə, həmçinin iri korporasiyalar üçün əlavə alətlərə aid olacaq. Bu, birbaşa olaraq “WhatsApp”ın əsas əlavəsinə qoşulmağa imkan verəcək. Hazırda bu xidmətlər Braziliya, Avropa, Hindistan və İndoneziyada sınaqlardan keçirilib. Xüsusilə də xidmət Hollandiyanın “KLM Royal Dutch Airlines” şirkəti tərəfindən istifadə edilir. 

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018