Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hakerlər “Mastercard” istifadəçilərinə hücum etdi 

“Mastercard” ödəniş kartlarının istifadəçilərinə kartlarının bağlanılması ilə bağlı yalan məlumatlı məktublar göndərilir. 

İKT.lent.az-ın xəbərinə görə, bu yeni kibercinayət barəsində “banki.ru” saytında ESET antivirus proqram təminatının tərtibatçısına istinadən məlumat verilib.

 

ESET nümayəndələrinin sözlərinə görə, hakerlər ödəniş sisteminin adından məktublar göndərirlər. Mətndə kibercinayətkarlar onların akkauntunun blok edildiyi barədə xəbərdarlıq edirlər və kartlarının blokdan çıxarılması üçün keçidə keçməyi təklif edirlər. Fişinq sayta keçdikdə isə istifadəçi kartın nömrəsi, istifadə müddəti və bank kartının CVV nömrəsi də daxil olmaqla, kartın bütün məlumatlarını daxil edir. İstifadəçi “Daxil ol” düyməsini sıxdıqda isə könüllü olaraq bütün məlumatları fırıldaqçılara göndərmiş olur.  

Bundan başqa, fişinq səhifə .gob.mx domenində yerləşir. Bu isə onun Meksika hökumətinə məxsus olduğundan xəbər verir.

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018