Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Facebook" Rusiyanı ifşa etdi - "ABŞ-DAKI SEÇKİLƏRƏ MÜDAXİLƏ EDİBLƏR"

"Facebook" şirkəti Rusiyanı 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməkdə ittiham edib.

 

İKT.lent.az-ın "The Washington Post"a istinadən xəbərinə görə, bu açıqlama ilə şirkətin təhlükəsizlik məsələləri üzrə baş mütəxəssisi Aleks Stamos çıxış edib.

 

Onun sözlərinə görə, 2015-ci ilin iyun ayından 2017-ci ilin may ayına qədər "Facebook" sosial şəbəkəsində 470 saxta səhifədən minlərlə siyasi xarakterli məlumatlar yayılıb: "Reklama sərf olunan vəsaitlərin təhlili zamanı biz aşkarladıq ki, göstərilən dövr ərzində bu səhifələrdən yayılan və bizim siyasətimizə zidd olan təxminən 3 min məlumat üçün 100 min dollar vəsait xərclənib. Bizim təhlillərimiz göstərir ki, bu yazılar və səhifələr bir-biri ilə əlaqəli olub və çox güman ki, Rusiyadan idarə olunub".

 

A.Stamos qeyd edib ki, bu səhifələrdən əsasən mübahisəli məsələlərə, məsələn, immiqrasiya, silahlara nəzarət, seksual azlıqların hüquqlarının qorunması və s. məsələlərə dair siyasi məlumatlar yayılıb. Məqsəd ABŞ-dakı prezident seçkiləri kampaniyası zamanı siyasi fikir ayrılıqlarını dərinləşdirmək olub: "Aşkar olunan saxta səhifələr tərəfimizdən bağlanıb". 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017