Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Mağazalar “iPhone”ların qiymətlərini aşağı saldı

Yeni “iPhone 8” smartfonunun təqdimatı ərəfəsində mağazalar “iPhone”un daha əvvəlki modellərinə olan qiymətləri orta hesabla 10 faiz aşağı salıblar. 

İKT.lent.az-ın Hi-Tech.Mail.Ru saytına istinadən verdiyi məlumata görə, artıq Rusiyanın “Svyaznoy”, “Bilayn” və “Meqafon” mağazalarında 32 Gb yaddaşlı “iPhone 7” və “7 Plus” smartfonlarını 44 990 rubl və ya 1 336 manata əldə etmək mümkündür. Bir qədər əvvəl isə belə telefonun alışı 46 min rubla və ya 1366 manata başa gələrdi. 

128 və 256 Gb yaddaşlı modelləri də ucuzlaşıb. Artıq onlar müvafiq olaraq 51 990 rubl (1 544 manat) və 54 990 rubl (1 633 manat) təşkil edir. Bununla belə, qeyd edilir ki, “qara bazar”da qiymətlər, əksinə, bahalaşıb. 

Qeyd edək ki, yeni “Apple”in təqdimatı sentyabrın 12-də baş tutacaq. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017