Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“The Wall Street Journal”: “iPhone 8” qıtlığı yarana bilər

İstehsal prosesindəki nasazlıqlar yeni “iPhone 8” bazarında qıtlığa gətirib çıxara bilər.

İKT.lent.az-ın Riafan.ru saytına istinadən xəbərinə görə, bu barədə “The Wall Street Journal” nəşrinə mənbə bildirib.

Məsələ burasındadır ki, “Apple” şirkəti yeni smartfonların istehsalını bir ay müddətinə dayandırıb. Bununla əlaqədar olaraq “iPhone 8”-in yığıldığı “Foxconn Technology Group” şirkətinin zavodu Çinin Çjençjou şəhərindəki zavodlarında istehsal gücünü artırmalı olub. Amma bu da yaranmış vəziyyəti xilas etməyəcək. 

Qeyd edək ki, “Apple”in yeni cihazının və digər məhsullarının təqdimatı artıq gələn həftənin ilk yarısında təqdim ediləcək. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017