Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Uşaqla birlikdə "böyüyən" paltar yaradıldı -

Britaniyalı dizayner Rayan Yasin uşaqlar üçün onlarla birlikdə "böyüyən" paltar icad edib.

 

İKT.lent.az-ın "The Guardian"a istinadən xəbərinə görə, dizayner xüsusi növ parça hazırlayıb.

 

Parçanı uşağın ölçülərinə uyğun olaraq eninə, yaxud uzununa dartmaq olur. Sukeçirməz parça yüksək dözümlülüyü ilə seçilir, paltaryuyan maşında yuyula və təkrar emal oluna bilər.

 

Yeni materialdan olan paltarlar 3 aylıq-3 yaşlı uşaqlar üçün hesablanıb. İnnovativ materialı hazırlayarkən Yasin kollecdə öyrəndiyi aeronavtik mühəndisliyin prinsiplərindən istifadə edib. Onun fikrincə, yeni kəşf valideynlərə pullarına qənaət etmək və ətraf mühiti az çirkləndirmək imkanı verəcək.

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017