Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ICQ istifadəçiləri öz stikerlərini yarada biləcək

ICQ-da stiker istifadəçiləri üçün açıq platforma işə salınıb. 
 
İKT.lent.az-ın “Rossiyskaya qazeta” nəşrinə istinadən məlumatına görə, artıq bütün arzu edənlər messencerlər üçün stiker yarada və onları dostları ilə bölüşə biləcək. Bu zaman dostların şəkillərindən və ya şəxsi şəkillərdən, ulduzların, pişiklərin, müxtəlif memlərin şəkillərindən istifadə etmək mümkündür.
 
Öz şəxsi stikerpakını yükləmək üçün əlaqə siyahısına xüsusi botu əlavə etmək, daha sonra verilən köməkçi cavablara riayət etmək lazımdır. 
 
Şəxsi stikerlər proqram stikerləri ilə birgə müvafiq qovluqda olacaq. Onlar istifadə edilən cihazdan asılı olaraq avtomatik olaraq seçiləcək. İstəyə uyğun olaraq istifadəçi yeniləri əlavə edib, köhnələri silə biləcək. Həmçinin, istifadəçi öz stikerlərini dostları ilə bölüşə biləcək. Bunun üçün onlara xüsusi keçidi və ya seçilmişlərdən istənilən stikeri göndərmək lazım gələcək. Üzərinə basmaqla isə alıcı onu tam yükləyə biləcək. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017