Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Qızıl “iPhone 8”-in sifarişlərinə başlandı

Londonun “Goldgenie” mağazası artıq qızıl “iPhone 8” smartfonuna sifarişlərə başlayıb və bununla da “Apple” şirkətini qabaqlayıb.

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, artıq cihazın müxtəlif variantları təklif edilir.

Hələlik cihazın təqdimatı olmayıb. Buna baxmayaraq, artıq qızıldan və ya platindən olan smartfonu sifariş etmək mümkündür. Mağaza həmçinin “iPhone 8”-i möhtəşəm stildə sifariş etməyi təklif edir. Sifarişli smartfonun korpusuna brilyantlar da bərkidilə bilər. 

Şirkət artıq çoxdan varlılar üçün “iPhone”un dizaynının tamamlanması ilə məşğuldur. Ötən il qızıldan və bahalı daş-qaşla işlənilmiş 7-ci versiya smartfonu 190 min rubla və ya 335 dollara əldə etmək mümkün idi. 

Dizaynı yenilənmiş “iPhome 8”-in qiymətini mağaza hələlik açıqlamır. Ancaq indidən demək çətin deyil ki, yenilik alıcıya sanballı qiymətə başa gələcək.

LENT

19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018