Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 8” hansı rənglərdə satışa çıxarılacaq?

Yeni “iPhone” smartfonu korpusu 3 unikal rəngdə istehsal ediləcək. 

İKT.lent.az-ın Oane.ws saytına istinadən verdiyi məlumata görə, bu smartfonlar qara, ağ və mis rəngli olacaq. Məhz sonuncuya şirkət daha çox üstünlük verir və əmin edir ki, o, digərlərindən daha çox istifadəçilərin xoşuna gələcək. 

Olduqca yeni və ən güclü “iPhone 8” smartfonunun rəsmi təqdimatı sentyabrın 12-də baş tutmalıdır. Şəbəkədə bu haqda daha çox məlumatlar yayılıb. Xüsusilə də alış üçün əlçatan olan keramik korpusun rəng variantları elan edilib. Standart olaraq ağ və qara rəngləri ilə hər kəs razıdır. Amma mis qızıl rəngi istifadəçiləri olduqca maraqlandırıb. “Apple”in analitikləri maksimal üstünlüyü məhz bu rəngə verirlər. Çünki buna qədər korporasiyanın smartfonlarında buna bənzər rəngdən istifadə olunmayıb. 

“iPhone 8”-in populyarlığını indidən qiymətləndirmək mümkündür və bütün dünya üzrə milyonlarla istifadəçi “Apple”nin yeni flaqmanının təqdimatını səbirsizliklə gözləyir. Bəzi “işbazlar” isə hətta cihazın 3D printerdə çap edilmiş korpusunu satmağa başlayıblar.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017