Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone”un “məxfi” modelinin adı məlum oldu

Proqram təminatı tərtibatçısı Stiv Trouton-Smit “Apple” şirkətinin üç perspektivli “iPhone” smartfonunun modelinin necə adlandırılacağını müəyyən edə bilib. 

İKT.lent.az-ın Riafan.ru saytına istinadən verdiyi məlumata görə, müvafiq məlumatı Trouton-Smit “Golden Master iOS 11” mobil əməliyyat sisteminin tərtibat hissələrində aşkar edib.

Əgər “iPhone 8” və “iPhone 8 Plus” kimi adlar xüsusi təəccüb yaratmırsa, bu siyahıdakı üçüncü model olduqca böyük maraq doğurub. Cihazın adındakı “X” hərfi onuncu və “məxfi” hesab edilə bilər. 
 
“Bloomberg” agentliyi xəbər verir ki, bu premium model digərlərindən dizaynı ilə fərqlənəcək. Həmçinin onun ekran tipi fərqli olacaq, yaxşılaşdırılmış kameraları və smartfonun blokdan çıxarılması üçün üzün həcmli skan edilməsi mümkün olacaq. 
 
“Apple” şirkətində kütləvi informasiya vasitələrinə sızmış məlumata şərh verməkdən imtina ediblər.

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017