Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 8” çıxana qədər ən populyar smartfonlar bunlar oldu - SİYAHI

“GSMarena” nəşri növbəti dəfə dünyanın ən populyar 10 smartfonun adlarını açıqlayıb.

İKT.lent.az-ın Nation-news.ru saytına istinadən məlumatına görə, birinci yeri Cənubi Koreyanın “Xiaomi Mi A1” smartfonu tutub. 

Ondan sonrakı yerdə “Samsung Galaxy Note 8” smartfonu gəlir. Nəşrin analitikləri hesab edirlər ki, yeni “iPhone” satışa çıxarıldıqdan sonra hər şey dəyişəcək. Qeyd edilir ki, yeni nəsil “iPhone” sentyabrın 12-də təqdim ediləcək. Gözlənilir ki, “Apple”in yeniliyi reytinqdəki mövqeləri dəyişdirəcək. 

Qeyd edək ki, Rusiya bazarında Çinin “Xiaomi” şirkətinin yeni cihazının qiyməti 14 000 rubl və ya 415 manat, Koreya məhsulu isə 69 990 rubl və ya 2 172 manat qiymətləndirilir. Siyahı üzrə növbədə “iPhone 6s” gəlir. Sonrakı yeri isə yenidən “dirilmiş” “Nokia” şirkəti tutur. 

Xatırladaq ki, “Apple” payız təqdimatında birdən-birə eyni zamanda 3 smartfon təqdim edəcək. Bunlar “iPhone 8”, “iPhone 8 Plus”, həmçinin istifadəçiləri təəccübləndirəcək premium “iPhone X” versiyasıdır. 

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017