Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yeni təhlükəsiz akkumulyator yaradıldı

Merilend Universitetinin alimləri yeni təhlükəsiz elektrolit növü yaratmağa müvəffəq olublar.

 

İKT.lent.az-ın “4pda.ru” saytına istinadən xəbərinə görə, iki il bundan əvvəl bir qrup alim tərəfindən yaradılmış su əsasında işləyən elektrolitin gərginliyi 3 volt təşkil edirdi.

 

Elektrolitin istifadəsi təhlükəsiz olsa da, enerjini çox saxlaya bilmirdi, buna görə kommersiya məqsədilə istifadə üçün əlverişli deyildi. İndi alimlər su əsasında işləyən elektrolitin analoqunu yaratmağa nail olublar.

 

Lakin mütəxəssislər problemlə üzləşiblər. Məlum olub ki, su əsasında işləyən elektrolitlərdən ibarət akkumulyatorlar qısa işləmə müddətinə malikdir. Əgər alimlər bu problemi həll etsələr, onda smartfonlarda quraşdırılan batareyalar daha təhlükəsiz olacaq.

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017