Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp”da növbəti yeni kompüter virusu yayılır

Kibercinayətkarlar “WhatsApp” messenceri vasitəsilə növbəti kompüter virusunu yayıb.

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, istifadəçilərə şübhəli keçidlər göndərilir ki, onlar da real təhlükə yaradan əlavələrə keçid verir.

Belə ki, son zamanlar çoxsaylı “WhatsApp” istifadəçiləri guya tərtibatçılar tərəfindən göndərilən “sistem” məlumatları almağa başlayıblar. Orada isə hətta internetə birbaşa qoşulma olmadan messencerin fəaliyyətini dayandıra biləcək əlavəyə keçid mövcuddur. Qeyd edilən təhlükəli proqram təminatına keçid zamanı isə onun “aktiv” istifadəçi olduğunu təsdiqləməli olur. Bunun üçün o, “WhatsApp”dan olan on insana və ya üç qrupa məlumat göndərməlidir. Qurban spamı göndərən kimi əlavəni yükləməli olur ki, həqiqətdə isə bu əlavə təhlükəli troyan virusdur.  

Tərtibatçılar isə vətəndaşlara xəbərdarlıq ediblər ki, qeyd edilən keçidlərə heç bir aidiyyətləri yoxdur. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017