Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google Play” interfeysini tam olaraq dəyişir

“Google” şirkətinin rəsmi nümayəndələri özünün “Google Play” onlayn mağazasının interfeysini növbəti dəfə dəyişmək niyyətindədir.

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, bildirilir ki, bu dəfə dəyişiklər köklü olacaq.

Məlum olub ki, tez bir zamanda “Google Play”in interfeysi bütün “Android” əməliyyat sistemli cihazlarda dəyişdiriləcək. Bundan əvvəl artıq “Google” özünün “Chrome” brauzerindəki “YouTube” video hostinqində idarəetmə panelini dəyişdirib. Artıq növbə “Google Play” onlayn mağazasına da çatıb.

Tərtibatçılar yan menyunu dəyişdirəcək və bundan sonra qeyd edilmiş əlavələr yuxarıda yerləşdiriləcək. Bundan başqa, kitab, film və musiqi ilə bağlı menyular ayrıca altmenyuda yerləşdiriləcək. Həmçinin ekranda seksiyaların görünməsi üçün üfüqi yeni sətir də əlavə ediləcək. Bundan əvvəl bu funksiyanı displeyin yuxarısına birləşdirilmiş düymələr yerinə yetirirdi ki, onlar da o qədər kompakt yerləşdirilməmişdi.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017