Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Seks-robotlar insanların kütləvi qatilinə çevrilə bilər

Gələcəkdə insanlar qətl törətməyə qadir olan seks-robotların qurbanları ola bilər - təbii ki, əgər hakerlər onları "sındırmağı" öyrənsələr.

İKT.lent.az-ın “The New York Post” nəşrinə istinadən məlumatına görə, bu barədə kibertəhlükəsizlik sahəsində mütəxəssis Nik Patterson bildirib. 

Nəşr yazır ki, mütəxəssis əsas diqqəti son zamanlar sahiblərini əyləndirən müasir robotların populyarlığının artmasına yönəldib. Baxmayaraq ki, bir çox futuroloqlar süni intellekt səviyyəsinin artdığı üçün robotların “qiyamı”ndan narahat olsalar da, Patterson bu robotların hakerlər tərəfindən "sındırılmasını" əsas təhlükə hesab edir. 

Mütəxəssisin fikrincə, seks-kuklanın sındırılması zamanı haker ona istənilən əmrləri verə bilər. Bura insana xəsarət yetirilməsi, hətta öldürülməsi də daxildir. Bunun üçün də mütəxəssis buna bənzər maşınların sahiblərini kütləvi şəkildə qətlə yetirməsini də istisna etməyib. Təbii ki, hələlik burada söhbət ancaq şəbəkəyə qoşulan robotlardan gedir. 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017