Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tanışlıq saytları əsl sevgini tapmağa kömək etmir

Alimlər müəyyən ediblər ki, verilmiş xüsusiyyətlərə uyğun tərəf müqabilini tapmağa imkan verən tanışlıq saytları əsl sevgini tapa bilmirlər. 
 
İKT.lent.az-ın 24smi.org saytına istinadən məlumatına görə, mütəxəssislərin fikrincə, real həyatda insanlar tərəf müqabilində internet resursunda qeyd etdikləri xüsusiyyətləri axtarmırlar. Müşahidələri ilə bağlı müvafiq nəticələrini mütəxəssislər “Psychological Science” jurnalında təqdim ediblər. 

Yeni araşdırmalarda 350 nəfər heteroseksual gənc insan iştirak edib. Onlar mütəxəssislərin suallarına cavab verib və öz tərəf müqabilində görmək istədikləri xüsusiyyətləri qeyd ediblər. İştirakçıların qeyd etdikləri məlumatlar əsasında mütəxəssislər öz təxminlərini ediblər.
 
Məlum olub ki, respondentlərin keyfiyyətləri bazasında aparılan hesablamaların iştirakçıların özləri ilə heç bir ümumi bağlılığı olmayıb. Çünki şəxsi tanışlıq zamanı onlar simpatiya və insanlara bağlılıq hiss edirlər. Bu keyfiyyətləri isə onlar axtarış zamanı qeyd edə bilmirlər.

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017