Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” istifadəçilərin internet trafikinə qənaət edəcək

“Facebook” sosial şəbəkəsi istifadəçilərinə internetə daxil olmadan videoya baxmaq imkanı yaradacaq.

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən verdiyi məlumata görə, həmçinin digər istifadəçilər arasında özünə müəllim tapmaq imkanı da yaradılacaq.

 

Şirkətin baş direktoru Mark Zukerberq bildirib ki, müəllimlər və şagirdlər istər sosial şəbəkənin masaüstü versiyasında, istərsə də mobil əlavədə bir-biri ilə ünsiyyət qura biləcəklər. O, istifadəçinin həyatını yaxşılaşdırmağa və işində yeni inkişaf perspektivləri müəyyən etməyə imkan verəcək.  

Zukerberqin sözlərinə görə, əvvəl resurs bir-biri ilə tanış olan insanları əlaqələndirirdi. Bundan sonra istifadəçiyə tanıyacağı insanları məsləhət verən alqoritm yaradıldı. İndi isə istifadəçilər o adamlarla əlaqə yaradacaq ki, onlar biri-birini tanımaq məcburiyyətindədirlər. 

“Facebook”un innovasiyalarından biri də cihaz simsiz internetə qoşulan ana qədər videonun yüklənməsi olacaq. Wi-Fi söndürüldükdən sonra istifadəçi, misal üçün, yolda internetə yenidən qoşulma olmadan videoya baxmaq mümkün olacaq. Bu funksiya “Instant Videos” adlanır və hələlik ancaq bəzi “Android” istifadəçiləri bu xidmətdən istifadə edirlər. 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017