Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Marixuananın dronla çatdırılması qadağan olundu

Kaliforniyanın Narkotik Vasitələrə Nəzarət Bürosu marixuananın hava, yer və suda pilotsuz uçan aparatla, həmçinin velosipedlə daşınmasına qoyulan qadağa ilə bağlı yeni qaydaları dərc edib.

İKT.lent.az-ın “TJ” nəşrinə istinadən verdiyi məlumata görə, kannabinoidlər, yəni narkotik vasitələr xüsusi kommersiya yük maşınlarında və ya qoşqularla çatdırılmalıdır. Hava, su və dəmir yolları ilə sürücü olmadan, həmçinin insan gücü vasitəsilə işləyən dronlarla onları nəql etmək qadağan edilib.

Sənəddə həmçinin deyilir ki, narkotik vasitənin nəqlini ancaq lisenziyalaşdırılmış riteyllər qapalı maşınlarla edə bilər. Bu maşınlarda isə GPS-modul olmalıdır ki, alıcı yükün hərəkətinə nəzarət edə bilsin. Bundan başqa, qaydalara görə, marixuananı çatdıran şəxs onu yolda istifadə edə bilməz. 

Qeyd edək ki, qaydaların belə sərtləşdirilməsi bir çox startapların fəaliyyətinin üstündən xətt çəkəcək. Belə ki, bundan əvvəl bir sıra şirkətlər müalicəvi marixuananın çatdırılması üzrə bir sıra layihələr təqdim ediblər. Xüsusilə də “MDelivers” şirkəti bildirib ki, artıq hökumətdən müəyyən razılıqları əldə edib və bir çox müştəriləri üçün belə növ nəqletməni həyata keçirəcək. “Eaze” adlanan startap isə yaxın zamanlarda bu fəaliyyətə başlayacağını bildirib. 

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017