Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 7” sahibləri smartfonlarını kütləvi şəkildə satır

“iPhone 7” smartfonlarının sahibləri sonuncu model smartfonun təqdimatı ərəfəsində öz cihazlarının kütləvi satışına başlayıblar. 

 

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, təklifin sayı artdıqca, modelin qiyməti də düşməyə başlayıb. 

 

Ticarət xidmətləri hesablayıblar ki, hazırda “iPhone 7” və “7 Plus” smartfonlarının satışı ilə bağlı elanların sayı sürətlə artır. Təkcə son həftə ərzində təkliflərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 70 faiz artıb.

 

Mütəxəssislər qeyd edirlər ki, eyni anda təklifin artması sürətlə cihazın qiymətini də aşağı salır. Belə ki, əgər işlənmiş yeddinci model smartfonun orta hesabla qiyməti 46 550 rubl və ya 1 374 manat təşkil edirdisə, bu gün onun qiyməti 30 170 rubla və ya 890 manata qədər azalıb. 

LENT

19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017