Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Disney” “Ulduz döyüşləri: Epizod IX”un nümayişini təxirə saldı 

“Disney” şirkəti bildirib ki, “Ulduz döyüşləri: Epizod IX” filminin nümayişi daha 7 ay təxirə salınacaq.

İKT.lent.az-ın “Variety” nəşrinə istinadən verdiyi məlumata görə, bundan əvvəl filmin nümayişi 2019-cu ilin 24 mayına planlaşdırılırdı. İndi isə bu film 2019-cu ilin dekabrın 20-də ekrana çıxacaq. 

Nəşr vurğulayır ki, 2019-cu il mayın 24-nə “Disney” rejissor Qay Riççinin “Ələddin” filminin təqdimatını keçirəcək. Bundan əvvəl isə bildirilib ki, “Ulduz döyüşləri” filminin doqquzuncu epizodu üçün yeni rejissor tapılıb. 

Həmçinin xatırladaq ki, doqquzuncu epizodun ssenaristi Harri Potter haqqında pyesin müəllifi olub. 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017