Bu bölmə Bakcell tərəfindən təqdim olunur

2017-ci ildə “Apple” 227,5 milyon smartfon satacaq

“TrendForce” şirkətinin analitikləri cari ilin nəticələrinə əsasən “iPhone” smartfonlarının satış proqnozunu açıqlayıb. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, mənbə hesab edir ki, bu il “Apple” 227,5 milyon ədəd smartfon sata biləcək. Bu isə 2016-cı ildəki göstəricidən 5,6 faiz çoxdur.

 

Bununla belə, ümumilikdə smartfon bazarı 4,8 faiz artaraq 1,4 milyard cihaza çatacaq. Yəni “Apple”in artımı ümumilikdə bazarın artımını 1 faizlik bənddən artıq üstələyəcək. 

Bundan başqa, analitiklər hesab edirlər ki, “iPhone X” smartfonunda üz tanıma funksiyasına aid olan 3D skaner olması bazarı daha da böyüdəcək. 2020-ci ildə belə texnologiyalar seqmenti 14 milyard dollara qədər artacaq. Ancaq bu ilin sonuna qədər bu bazarın həcmi cəmi 1,5 milyard dollara çatacaq.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017