Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ukrayna baş prokurorunun başı dərddə - "FACEBOOK" STATUSLARINA GÖRƏ

Ukraynanın baş prokuroru Luri Lutsenko və onun müavini, baş hərbi prokuror Anatoli Matios barəsində intizam işi açılıb.

 

İKT.lent.az-ın "Ukrainskaya Pravda"ya istinadən xəbərinə görə, bu barədə Ukrayna prokurorlarının təsnifat-intizam komissiyası qərar qəbul edib.

 

Buna səbəb Lutsenko və Matiosun "Facebook" sosial şəbəkəsində yazdıqları statuslardır. Qərarda bildirilir ki, bu statuslar "Prokurorluq haqqında" qanunu və təqsirsizlik prezumpsiyasını pozur.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018