Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” “Skype”ın analoqunu yaratdı

“Facebook” şirkəti video zənglər üçün “Bonfire” əlavəsinin sınaqlarına başlayıb. 

İKT.lent.az-ın “The Next Web” nəşrinə istinadən verdiyi məlumata görə, yeni xidmətin istifadəçiləri qrup video çatlarında ünsiyyət qura biləcək, ora “Snapchat” stilində öz üzlərinin maskalarını qoya biləcəklər.

 

Həmçinin onlar “Instagram”, “Facebook” və “Messenger” ilə yayımların skrinşotlarını mübadilə eDə biləcəklər.  
 
Hazırda əlavəni ancaq Danimarka sakinləri istifadə edə bilir. Bu, yalnız iOS platformasında olan istifadəçilərə aiddir. 
 
“Facebook” nümayəndələri bildiriblər ki, hələlik “Bonfire” kiçik bir auditoriya üçün sınaq mərhələsindədir. Bununla belə, şirkətdə yeni xidmət haqqında hər hansı təfərrüatı açıqlamaqdan imtina ediblər. 
 
“The Next Web” nəşrinin jurnalistləri müəyyən ediblər ki, əlavə “Facebook Messenger” istifadəçiləri ilə əlaqə saxlamağa imkan verəcək. Dəvət olunan müsahiblər videoçata “Bonfire” yükləmədən də qoşula biləcəklər. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017