Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” Rusiyada “iPhone”ların qiymətini ucuzlaşdırdı

“iPhone 7” və “iPhone 7 Plus” smartfonlarını müvafiq olaraq 43,9 min rubla (və ya 1 291 manata) və 52,9 min rubla (və ya 1 556 manata) əldə etmək mümkündür. 

İKT.lent.az-ın “Apple” korporasiyasına istinadən verdiyi məlumatına görə, “iPhone 8” və “iPhone X” smartfonlarının təqdimatından sonra Rusiyada riteylerlər smartfonların qiymətlərini ucuzlaşdırmağa başlayıblar.

 

Bu qiymətlər “Apple” smartfonunun təqdimatına qədər olan qiymətlərdən bir neçə min rubl aşağıdır. Belə ki, bundan əvvəl 32 GB, 128 GB və 256 GB yaddaşı olan “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarını Rusiyada 56,9 min rubla və ya  1 673 manata almaq mümkün idi. İndi isə 128 GB yaddaşı olan “iPhone 7” smartfonunu şirkət 51,9 min rubla və ya 1 291 manata təklif edir. Yaddaşı 32 GB olan eyni smartfon isə indi 43,9 min rubla və ya 1 291 manata satılır. 

32 GB yaddaşı olan “iPhone 7 Plus” öz növbəsində 52,9 min rubl və ya 1 556 manat qiymətləndirilir. 128 GB yaddaşlı smartfonlar isə 60,9 min rubl və ya 1 790 manat dəyərindədir. 

“iPhone SE”-nin də qiymətləri düşüb. Hazırda şirkətin rəsmi saytında bu smartfon 32,9 min rubl və ya 968 manata əvəzinə 27,9 min rubla və ya 821 manata satılır. Eyni zamanda “IPhone 6s”-i 44,9 min rubl və ya 1 320 manat əvəzinə 35,9 min rubla və ya 1 055 manata almaq mümkün olur. “iPhone 6s Plus”un qiyməti isə hazırda 52,9 min rubl və ya 1 556 manat əvəzinə 43,9 min rubl və ya 1 291 manat təşkil edir. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017