Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Səudiyyə Ərəbistanında “Skype”a qadağa aradan qaldırılır

Səudiyyə Ərəbistanı hökuməti internet vasitəsilə ünsiyyət yaratmaqda istifadə olunan populyar proqramlara məhdudiyyəti aradan qaldıracaq. 

İKT.lent.az-ın Oane.ws saytına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ölkənin telekommunikasiya naziri çıxış edib.

 

Bir il öncə qadağan edilmiş proqramlardana Səudiyyə Ərəbistanı sakinləri artıq sentyabrın 20-dən istifadə edə biləcək.  

“Skype”, “WhatsApp”, “Viber” və səsli, həmçinin görüntülü ünsiyyət üçün analoji əlavələrin fəaliyyətə məhdudiyyət Səudiyyə Ərəbistanda bir həftə müddətində aradan qaldırılıb. Bu barədə ölkənin telekommunikasiya naziri Abdulla Ben Əmer əl-Savaxa özünün “Twitter” səhifəsində bildirib. O qeyd edib ki, bu əlavələrdən istifadənin bərpa edilməsi üçün onlara aid bir sıra tələblər həyata keçirilməlidir. 

Səudiyyə Ərəbistanında “Skype” böyük populyarlığa malik idi. Hətta 2013-cü ildə nazirliyin telekommunikasiya departamenti tərəfindən verilmiş lisenziyaya malik olmadığı üçün bağlanıldıqdan sonra da bu proqram işləməkdə davam edirdi. Digər bu cür əlavələr isə qanunun təsir gücündən 2016-cı ildə tam olaraq blok edilib. Bir il müddətində Səudiyyə Ərəbistanında “Viber”, “WhatsApp” və onların analoqları işləməyib. 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017