Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda 139 milyon manatlıq kompüter məhsulları istehsal olunub

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 138,7 milyon manatlıq məhsul istehsal olunub.

İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 42,9 faiz, elektrik avadanlıqlarının istehsalı isə 63,8 faiz artıb. 

Səkkiz ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 33,1 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 65,6 faiz, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 27,6 faiz artıb.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017