Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Noutbuk bazarının liderləri satışın azalması ilə üzləşdi

“DigiTimes” şirkətinin analitikləri iddia edirlər ki, ötən ayın nəticələrinə əsasən, noutbuk istehsalçıları satışın azalması ilə üzləşiblər. 

İKT.lent.az-ın “DigiTimes” şirkətinin hesabatına istinadən verdiyi məlumata görə, “Lenovo” şirkətinin 10 faizlik satış azalması qeydə alınıb və şirkət iri mobil kompüter istehsalçılarının siyahısında ikinci yeri tutub. 

“Asus” şirkəti isə satışlarını iyul ayına nisbətdə 30 faiz artıra bilib. Ancaq bu, illik müqayisədə yenə də azalma göstəricilərindən yayınmağa kömək etməyib. 

Bir qədər satışlarının artımına HP və “Dell” şirkətləri nail ola bilib. Birincinin artımı 1 faiz olsa da, ikinci şirkət barədə mənbə heç bir məlumat vermir. Ancaq bildirilir ki, “Dell”in satış artımı əsasən sənaye seqmenti ilə bağlıdır. 

Ümumilikdə isə satışların azalması innovasiyaların yoxluğu və noutbukların qiymətinin artması ilə əsaslandırılır. Bu da öz növbəsində yaddaş kartlarının bahalaşması ilə bağlıdır. 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017