Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook Messenger” istifadəçi sayında rekord vurdu

“Facebook Messenger” istifadəçilərinin sayı 1,3 milyard nəfər təşkil edib. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən verdiyi məlumata görə, beləliklə, şirkət özünün əsas rəqibi olan “WhatsApp”ı geridə qoyub. 

Qeyd edək ki, messencerin tərtibatçıları mütəmadi olaraq yeniliklər və innovasiyalar tətbiq edir. Analitiklər hesab edirlər ki, bu səbəbdən də əlavənin populyarlığı artır. 

Bu günlərdə xidmətə video çatlar funksiyası əlavə edilib. Bəzi ölkələrdə isə test rejimində virtual köməkçini də işə salıblar.

 

Ancaq “Facebook Messenger” bununla kifayətlənmir. Proqram inkişaf etməkdə və populyarlıq qazanmaqda davam edir. 

LENT

17 İyul 2018
16 İyul 2018
14 İyul 2018
13 İyul 2018