Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hakerlər milyonlarla proqram istifadəçisinin məlumatlarını ələ keçirdi

Naməlum hakerlər 130 milyon nəfər “Windows” istifadəçisi tərəfindən istifadə edilən populyar “CCleaner” proqramına hücum təşkil ediblər. 

İKT.lent.az-ın “Rossiyskaya qazeta” nəşrinə istinadən verdiyi məlumata görə, “CCleaner” proqramı sistemin təmizlənməsi və işləmə qabiliyyətini sürətləndirmək üçün nəzərdə tutulan proqramdır. 

Hakerlər ziyanverici kodu avqustun 15-də və 24-də müvafiq olaraq istehsal edilmiş “CCleaner 5.33.6162”, həmçinin “CCleaner Cloud 1.07.3191” versiyalarına yükləyə biliblər. Onların istifadəyə verilməsindən sonra məlum olub ki, əlavə ABŞ-da yerləşən serverə kompüter istifadəçiləri haqqında məlumatları ötürür. 

Virusa yoluxmuş “CCleaner” versiyalarının ötürdükləri məlumatlar arasında kompüterin adı və İP ünvanları, həmçinin kompüterə yüklənmiş əlavələrin siyahısı da mövcuddur. Hazırda ABŞ hökumətinin göstərişi ilə bu server söndürülüb.

“Pirinform” şirkətində isə hesab edirlər ki, virusa yoluxmuş versiyanı “CCleaner” istifadəçilərinin 3 faizi öz kompüterlərinə yükləyə bilər. Bu isə təxminən 2,3 milyon nəfərə bərabərdir. 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017