Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone X” və “iPhone 8” sınaq zamanı rəqiblərini üstələdi

“iPhone X” və “iPhone 8” smartfonlarının “Android” bazasında çalışan rəqiblərindən 2 dəfə çox məhsuldar olduğu müəyyənləşib.

 

İKT.lent.az-ın BGR-ə istinadən verdiyi məlumata görə, “Apple”ın yeni smartfonlarda istifadə etdiyi “A11 Bionic” çipseti “Geekbench” testində əla nəticələr göstərib.  

 

Belə ki, “iPhone X” və “iPhone 8”in təknüvəli testində onların “Snapdragon 835” və “Exynos 8895” prosessorları ilə çalışan “Samsung Galaxy S8”, “Note 8” kimi rəqiblərindən 2 dəfədən artıq güclü olduğu müəyyənləşib.

 

Çoxnüvəli testdə isə “iPhone”ların nəticələri rəqiblərlə müqayisədə 50%-dən yüksək olub. Ekspertlərin fikrincə, “A11 Bionic” cihazlarda quraşdırılmış qrafik və foto prosessorlar sayəsində “Apple” tarixinin ən optimallaşdırılmış çipi ola bilər.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017