Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” HTC-nin bir qismini aldı

ABŞ-ın “Google” şirkəti Tayvanın məşhur smartfon istehsalçısı olan HTC-nin biznesinin bir qismini satın aldığını açıqlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, tərəflər arasında imzalanan razılaşmaya əsasən HTC-nin bir sıra əməkdaşları, o cümlədən “Pixel” smartfonlarının işlənib hazırlanması ilə əlaqədar “Google” ilə daha öncə əməkdaşlıq etmiş şəxslər ABŞ şirkətinə keçəcək. Bundan başqa, “Google” HTC-nin intellektual mülkiyyəti üzərində bəzi hüquqlar əldə edəcək.  

 

Müqavilənin dəyəri 1,1 milyard dollar təşkil edir. Bu sövdələşmə “Google”un mobil cihazlar bazarında mövqeyini gücləndirməyə imkan yaradacaq. HTC mütəxəssisləri yaxın illərdə bir sıra innovasion məhsulların hazırlanmasında “Google”a kömək edəcəklər. Öz növbəsində razılaşma HTC-nin öz maliyyə göstəricilərini yaxşılaşdırmasına imkan verəcək. HTC öz brendini saxlayacaq və smartfon istehsalına davam edəcək. Belə ki, ilin sonuna qədər şirkət 3 yeni cihaz buraxmağı planlaşdırır. Bu cihazların hazırda kod adları məlumdur: “Ocean Master”, “Ocean Harmony” və “Ocean Lite”.

 

Bundan başqa, HTC əldə etdiyi vəsaitlə virtual reallıq istiqamətində işlərini gücləndirəcək.

LENT

14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018
10 İyul 2018