Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Səudiyyə "WhatsApp" və "Skype"da səsli zənglərə qadağanı götürdü

Səudiyyə Ərəbistanı hökuməti "WhatsApp" və "Skype" messencerlərində səsli zənglərə qoyulan qadağanı götürüb.

 

İKT.lent.az-ın BBC-yə istinadən xəbərinə görə, krallığın Rabitə Nazirliyi bildirib ki, "Voice over Internet Protocol" (VoIP) istifadəçilər üçün sentyabrın 20-dən əlçatan olub.

 

Səudiyyə hökuməti əvvəllər VoIP-ə "qaydalara riayət etməkdən imtina etdiyi üçün" rədd cavabı vermişdi.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında internet senzurası 2011-ci ildə baş verən "Ərəb baharı"ndan sonra güclənib. O zaman hökumət 400 min saytı bloklamaq barədə qərar qəbul edib.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017