Bu bölmə Bakcell tərəfindən təqdim olunur

2017-ci ilin ən bərbad smartfonu məlum oldu

Rusiyalılar qənaətcil “Nokia 3” smartfonundan narazı qalıblar.

İKT.lent.az-ın Oane.ws saytına istinadən verdiyi məlumata görə, onlar bildiriblər ki, cihaz 2017-ci ilin ən bərbad cihazıdır.

 

Mütəxəssislər cihazı əldə edən istifadəçilərin yazdıqlarını təhlil ediblər və onların sözlərini təsdiqləyiblər. “AKKet” resursunun mütəxəssislərinin sözlərinə görə, “Nokia 3” smartfonunun  texniki xüsusiyyətləri həqiqətən də rusiyalıların münasibətinə təsir edə bilərdi. İstifadəçilər bildiriblər ki, smartfon mobil aparatlar bazarında təqdim olunan bütün cihazlardan ən bərbadıdır. İstehsalçılar onu cəmi 10 min rubla və ya 292 manata satırlar. 

İstifadəçilər iddia edirlər ki, cihazın zəif prosessoruna görə onunla işləmək heç mümkün deyil. Bu prosessor əməliyyat platformasının tam olaraq işləməsini təmin edə bilmir. 

Həmçinin istifadəçilər cihazın sönük ekranı və kiçik həcmli əməliyyat yaddaşı barədə də mənfi rəylər bildiriblər. 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017