Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Məşhur rejissor "iPhone" ilə film çəkdi -

Məşhur amerikalı rejissor Zak Snayder (Zachary Edward Snyder) “iPhone” smartfonu ilə nuar janrında qısametrajlı film çəkib.

 

İKT.lent.az-ın xəbərinə görə, “Qar, buxar, dəmir” adlanan film “YouTube”dakı “Shinyishere” kanalında yerləşdirilib.

 

Annotasiyada qeyd olunur ki, kinolent “iPhone” ilə çəkilib və layihənin həyata keçirilməsində rejissora öz komandası yardım edib. Z. Snayder isə ona oğlu və qızını kömək etdiyini bildirib: “Biz bir yerə yığışanda film çəkmək bir-birimizlə ünsiyyətdən daha asan olur”.

 

Rejissor çəkilişdə “iPhone”un hansı modelindən istifadə etdiyini açıqlamayıb. Məlum olan budur ki, çəkilişdə kameralar üçün linzalar, mini relslər, ştativlər, dron və digər yardımçı vasitələrdən istifadə edilib.

 

Xatırladaq ki, Z. Snayder “300 spartalı”, “Betmen Supermenə qarşı”, “Poladdan insan”, “Qoruyucular” və s. məşhur filmlərin rejissorudur.  

 

Qeyd edək ki, nuar janrı Hollivudun 1940-50-ci illərdə çəkdiyi kriminal dramlara şamil olunan kinematoqrafik termindir. Bu janrda çəkilən ekran əsərlərinə bədbinlik, məyusluq, inamsızlıq, ikiüzlülük, zorakılıq atmosferi xasdır.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017