Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən etibarlı brauzer müəyyən edildi

Almaniyanın “X41 D-Sec” şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri müxtəlif qarət yollarını sınaqdan keçirərək ən etibarlı brauzeri müəyyən edə biliblər.

 
İKT.lent.az-ın Versiya.info saytına istinadən məlumatına görə, uzun çəkən sınaqların nəticələrinə əsasən “Google Chrome” daha təhlükəsiz brauzer kimi qəbul edilib.

 
Yeni yoxlamalarda “Edge”, “Internet Explorer” və “Chrome” brauzerləri iştirak ediblər. Adıçəkilən brauzerlərin tədqiqatı ilə istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi sahəsində ixtisaslaşmış “X41 D-Sec” şirkətinin mütəxəssisləri məşğul olublar. Nəticədə müəyyən edilib ki, məhz “Google Chrome” potensial hücuma müqavimət göstərmək üçün böyük sayda imkanlarla təchiz edilib.

 
Bu brauzer müəyyən metodlar sayəsində istifadəçinin fayl sisteminə çıxışı tam olaraq bağlamaq imkanına malikdir. Mütəxəssislər əlavə ediblər ki, “Chrome”u müxtəlif genişlənmələrdən istifadə edərək sındırmaq mümkündür. Bu genişlənmələri isə istifadəçilər özləri onun imkanlarını genişləndirmək üçün brauzerə əlavə ediblər. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017