Bu bölmə Bakcell tərəfindən təqdim olunur

FİFA-2018-ə həsr edilmiş “iPhone 8” buraxılacaq

İngiltərənin “Rich Murray” şirkətinin dizaynerləri futbol üzrə dünya çempionatının rəmzi olan və məhdud sayda bahalı “iPhone 8” modelini buraxacaqlar. 

İKT.lent.az-ın “oane.ws” saytına istinadən verdiyi məlumata görə, tərtibatçılar idman tədbirinə həsr edilmiş zərgərlik qadcetlərinin kolleksiyasını təqdim edəcəklər. 

Dizaynerlərin fikrincə, məhdud sayda unikal “iPhone” seriyasının istehsalı 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatını ictimaiyyətin yaddaşına əbədi həkk edəcək. Mütəxəssislərin icadı ABŞ-ın “Apple” şirkətinin müasir cihazını dünyanın əsas idman tədbirinin simvoluna çevirəcək. Şirkətin mütəxəssisləri iddia edirlər ki, cihazlar bahalı daş-qaşlarla bəzədiləcək.

“Rich Murray” şirkətinin yaratdığı “iPhone 8” smartfonlarının 4 variantından ibarət kolleksiyanın əsasında FİFA-2018-ə həsr edilmiş xüsusi rəmz yerləşdirilib. Cihazın korpusunu dünya çempionatının rəmzi bəzəyəcək. Onun dizaynerləri smartfonu zərgərlik emalından və 24 karat qızıldan istifadə edəcəklər. 

Variantlardan birini mütəxəssislər idman tədbirinin keçiriləcəyi şəhərə həsr ediblər. Alıcıların öz versiyalarını da seçmək imkanları mövcuddur. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017