Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” Meksika zəlzələsindən zərərçəkənlərə 1 milyon dollar ayırdı

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ baş verib ki, nəticədə 40-a yaxın bina uçub və 230 nəfərdən çox insan ölüb.


İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, “Apple” şirkəti Meksika hökumətinin hesabına 1 milyon dollar keçirdiyini bildirib. Bu pullar dağıntıların aradan qaldırılmasına və zəlzələdən zərərçəkənlərə xərclənəcək. 

Bundan əvvəl isə “Apple” şirkəti “Harvi” və “İrma” qasırğasından zərər çəkənlərə 8 milyon dollardan çox vəsait ayırıb. 

Analoji olaraq Meksika sakinlərinə “Facebook” şirkəti də 1 milyon dollar həcmində maliyyə yardımı göstərib. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017