Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Mobil əlavələr üçün ən böyük platforma hansıdır?

“Google Play” xidmətinin Asiya və Sakit okean regionu üzrə rəhbəri Ceyms Sanders (James Sanders) bildirib ki, “Google Play” bütün dünyada mobil əlavələr üçün ən böyük platformadır. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, bundan öncə bildirilirdi ki, ötən il “Google Play”ə 82 milyard əlavə daxil edilib və yüklənib. Ancaq 2015-ci ildə bu göstərici 65 milyard olub. 

O əlavə edib ki, 2016-cı ildə kontentə pul ödəyən istifadəçilərin sayı 30 faiz artıb. 

Ceym Sanders əlavə edib ki, “Google Play” dünyanın 135 ölkəsində kredit kartları ilə ödənişi dəstəkləyir. “Apple” isə dünyanın 55 ölkəsində 140 mobil operatorla əməkdaşlıq edərək telefon hesabları ilə ödənişləri dəstəkləyir. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017