Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Robot stomatoloq ilk əməliyyatını etdi -

Çində stomatoloq robot tarixdə ilk dəfə olaraq insanın iştirakı olmadan əməliyyat keçirib. 

İKT.lent.az-ın “South China Morning Post” nəşrinə istinadən verdiyi məlumata görə, robot uğurla 3D-printerində yaradılmış 2 ədəd dişi xəstənin ağzına implantasiya edib. 

Robot üçün mümkün səhvlərin yaranmasını tam aradan qaldıran proqram təminatı beş ilə yaxın müddətdə yaradılıb. Bununla belə, robot işdə özünü yaxşı göstərərək implantları 0,2-0,3 mm səhvlə qoyub. Mütəxəssislər bildiriblər ki, belə bir göstərici bu cür əməliyyatlar üçün standarta uyğundur.  

Proses ixtisaslı cərrahlar və digər tibb işçiləri tərəfindən izlənilsə də, robotun onların köməyinə ehtiyacı qalmayıb. Bir saat sonra Sian şəhərinin sakininə yeni dişlər qoyulub.

Qeyd edək ki, hazırda Çində stomatoloq xidmətlərinə ehtiyac duyan çoxlu insanlara rast gəlmək mümkündür, eyni zamanda mütəxəssis çatışmazlığı müşahidə olunur. Bundan başqa, hazırda dişlərin üçölçülü (3D) printerlərdə çap edilməsinə baxmayaraq, ölkədə diş həkimləri qarşısında uzun növbələr yaranır. Belə robotların isə problemi qismən də olsa, həll edəcəyi gözlənilir.

 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017