Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çində “WhatsApp” bağlanıb-açıldı

Ötən günlərdə Çində bloklanan “WhatsApp” messenceri bu ölkədə fəaliyyətini bərpa edib.

 

İKT.lent.az-ın  “Financial Times”a istinadən verdiyi məlumata görə, xidmət sentyabrın 24-25-də Çində tam blok edilib, lakin bu gün yenidən açılıb. Şirkət bu barədə hər hansı şərh verməyib. Ekspertlər güman edir ki, müvəqqəti bloklama Çin Kommunist Partiyasının gələn ay keçiriləcək qurultayı ilə bağlı ola bilər.

 

Son hadisə Çində internet üzərində senzuranın gücləndirilməsi ilə bağlı ilk fakt deyil. İyul ayında bu ökədə “WhatsApp” qismən bloklanıb. “WeChat” və “Weibo” xidmətlərində isə Vinni-Pux və onunla bağlı təsvirin olduğu yazılar silinib. Bu təmizləmə onunla bağlıdır ki, hazırkı Çin lideri Vinni-Puxa bənzədilir.

 

Qeyd edək ki, Çində “WhatsApp”ın bir neçə analoqu mövcuddur, lakin bir çox istifadəçi, o cümlədən xarici şirkətlərin əməkdaşları yazıların şifrələnməsini dəstəkləyən “WhatsApp”a üstünlük verir. Bu, o deməkdir ki, xidmətin rəhbərliyi yazıları əldə edib, dövlət orqanlarına ötürə bilməz.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017