Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” 19 yaşında -

Bu gün “Google” axtarış sisteminin yaradılmasının 19-cu ildönümü qeyd olunur.

 

İKT.lent.az-ın xəbərinə görə, şirkət ad günü münasibətilə xüsusi “doodle” hazırlayıb və orada ötən 19 illik fəaliyyətində baş vermiş gözlənilməz hadisələr barədə məlumat verib.

 

Şirkət bildirir ki, həyat sürprizlərlə zəngindir və “Google”un tarixi də bu tip sürprizlərlə doludur. “Google” bugünkü uğurunu məhz bu sürprizlər və gözlənilməzliklər sayəsində əldə edib. 1997-ci ildə şirkətin qurucularından biri Larri Peyc kompüter elmi sahəsindəki biliklərini inkişaf etdirmək üçün Stenford Universitetinə üz tutub. Təsadüf nəticəsində universitet şəhərciyindəki çoxsaylı tələbələrin arasından məhz “Google”un gələcək həmtəsisçisi Sergey Brin Larrinin səhifəsinə baxmaq üçün seçilib. Tezliklə onlar ümumi məqsəd üçün bir araya gəliblər: dünya miqyaslı informasiya yaratmaq və onu universal baxımdan əlçatan və faydalı etmək. Dostlar ilk ofis kimi istifadə etdikləri qarajda işə başlayıblar... “Doodle”a tıklamaqla qalan 18 sürpriz barədə də məlumat öyrənmək olar.

 

Qeyd edək ki, “Google”un öz ad gününü qeyd etməsində də sürpriz və gözlənilməzlik var. Belə ki, 2005-ci ildə şirkət yaranma tarixini sentyabrın 26-da qeyd edib. Bundan əvvəl isə oktyabrın 7-si qeyd olunurdu. Bu il 27 sentyabr tarixi seçilib. Halbuki “Google” domeni 1997-ci il sentyabrın 15-də qeydiyyatdan keçib.

 

Hazırda axtarış sistemi 160 ölkədə 123 dildə danışan 4,5 milyarddan çox insana xidmət edir.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017