Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dəhşətli selfi: Boğulan dostlarını görmədilər... - FOTO

Hindistanda bir qrup tələbə və müəllim istirahət məqsədilə göl sahilinə gedib.

 

İKT.lent.az-ın “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, gənclərdən biri – Vişvas adlı tələbə çimmək üçün gölə girib. Bu zaman onun dostları sahildə piknik və selfi çəkməklə məşğul imiş. Onlar arxa planda batan Vişvası görməyiblər və yalnız şəkillərə baxarkən bunu fərq ediblər.

 

Hadisədə göldə çimmək qadağasına məhəl qoymayaraq tələbələrin suya girməsinə icazə verən müəllimlər günahlandırılır. Təhsil müəssisəsinin rəhbərliyi araşdırma apararaq günahkarların müəyyən ediləcəyini açıqlayıb.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017