Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yaponiya 5G internetin sınaqlarına başlayacaq

Yaponlar gələn ilin mart ayında 5G rabitə şəbəkəsini sınaqdan keçirməyi planlaşdırırlar. 

İKT.lent.az-ın Vevby.ru saytına istinadən məlumatına görə, 2020-ci ilə qədər isə onlar bu şəbəkəni kommersiya istifadəsinə verməyi planlaşdırırlar. 

5G şəbəkəsinin sınaqlarını müştərək olaraq “Ericsson” və KDDI kimi iki Yaponiya şirkəti həyata keçirəcək. 4,5GHs tezliyində baş tutacaq bu sınaqlar pilot layihəsi olacaq və 2020-ci ildə tam olaraq kommersiya fəaliyyətinə keçirilməlidir. 

Xatırladaq ki, bu gün dünyanın heç bir yerində 5G internet mövcud deyil. Yaxın 2-3 il ərzində Cənubi Koreya, Yaponiya və Amerika Birləşmiş Ştatlarının iri provayder və telekommunikasiya şirkətləri beşinci nəsil şəbəkənin işə salınmasını planlaşdırırlar. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017