Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Növbədə durmaq istəməyənlər üçün əlavə yaradıldı

Avstraliyalı proqramçılar hazırda Nyu-Yorkda böyük populyarlıq qazanan xüsusi əlavə yaradıblar.

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, bu əlavə amerikalılara növbədə durmaq vaxtına qənaət etməkdə kömək edəcək.

 

Əlavənin köməyi ilə sifariş onun əvəzinə növbədə duracaq insanın xidmətlərini “alacaq”. Əlavəni artıq “Android”və iOS əməliyyat sistemli cihazları sahibləri yükləyə bilərlər. Hazırda “Placer” adlanan əlavədən ancaq nyu-yorkluların istifadəsi mümkündür. Bir müddətdən sonra bu əlavəni ABŞ-ın bütün böyük şəhərlərində, sonradan isə bütün dünyada istifadə etmək mümkün olacaq. 

“Placer”də daxil olmaq lazım olan yeri, həmçinin sifarişçinin əvəzinə növbədə dura biləcək insanı da seçmək mümkün olacaq. Növbədə yaxınlaşdıqca, əlavə növbə sahibini hərəkət barədə xəbərdar edəcək və lazımi yerə, hansı ünvana gəlmək lazım olduğu barədə çağırış edəcək.

 

Xidmətdən bütün Nyu-York sakinləri istifadə edə biləcəklər. Onun qiymətini isə icraedicilərin özləri müəyyən edəcəklər.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017