Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Zukerberq Trampa cavab verdi

“Facebook”un yaradıcısı və rəhbəri Mark Zukerberq ABŞ prezidenti Donald Trampın qınağına cavab verib.

 

İKT.lent.az-ın xəbərinə görə, M. Zukerberq insanları birləşdirmək və hər kəsi bir araya gətirmək üçün çalışdığını deyib: “Tramp bildirir ki, “Facebook” ona qarşıdır. Liberallar danışır ki, biz Trampın seçilməsinə kömək etdik. Hər iki tərəf ideyalar və kontentlərdən narazıdır. Platforma hər insan üçün bu cür işləyir”.

 

M. Zukerberq qeyd edib ki, 2016-cı ildə ABŞ-da keçirilən seçkilərdə “Facebook”un rolu aparıcı olub, lakin bu rol dezinformasiyaların yayılması üçün ondan istifadə olunması demək deyil. Onun sözlərinə görə, “Facebook” sayəsində insanlar heç vaxt olmadığı qədər seçkilərə dair öz mövqelərini ifadə etmək imkanı əldə ediblər. Bundan başqa, ilk dəfə olaraq internet namizədlər və onların tərəfdarları arasında əsas kommunikasiya vasitəsinə çevrilib. Hər namizəd milyonlarla pərəstişkarı ilə ünsiyyət qurmaq üçün “Facebook”da səhifəyə malik olub.   

 

M. Zukerberq deyib ki, namizədlər sosial şəbəkədəki reklamlarına Rusiya ilə əlaqəli səhifələrin siyasi reklamlara sərf etdiyi puldan min dəfələrlə çox pul sərf ediblər.

 

Xatırladaq ki, “Facebook” administrasiyası Rusiya ilə bağlı səhifələrin ABŞ-dakı seçkiqabağı kampaniya zamanı yaydıqları siyasi reklamlara dair məlumatı Konqresə və xüsusi xidmət orqanlarına təqdim edib. Prezident Tramp isə bunu özünə qarşı addım kimi qiymətləndirib: “Sosial şəbəkələr hər zaman Trampa qarşı olub. “Facebook” hər zaman Trampa qarşı olub. Saxta xəbərlər, “New York Times”, “Washington Post” Trampa qarşı olub. Təsadüfdür?..”  

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017