Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Sosial şəbəkə rəhbərləri ifadə verməyə çağırıldı - İSTİNTAQ

“Facebook”, “Google” və “Twitter” şirkətlərinin rəhbərləri Rusiyanın ABŞ-dakı prezident seçkilərinin gedişinə müdaxiləsi ilə bağlı aparılan istintaq çərçivəsində Konqresdə ifadə verməyə çağırılıb.

 

İKT.lent.az-ın “Amerikanın səsi”nə istinadən verdiyi məlumata görə, Senat aparatından bildirilib ki, Rusiyanın seçkilərə müdaxiləsini araşdıran Senatın Kəşfiyyat komitəsi hər üç şirkətin rəhbərliyini noyabrın 1-də qurumda təşkil olunacaq açıq dinləmələrdə iştiraka dəvət edib.

 

Nümayəndələr Palatasının Kəşfiyyat komitəsi isə oktyabrda texnoloji şirkətlərinin rəhbərləri ilə eyni mövzuda açıq dinləmə təşkil etməyi planlaşdırır. “Məqsəd Rusiyanın cəmiyyətimizə nifaq salmaq və seçkilərimizə təsir göstərmək məqsədilə online platformalardan necə istifadə etdiyini anlamaqdır”, deyə komitədən qeyd olunub.   

 

Konqresdə həm respublikaçılar, həm də demokratlar Rusiyanın ABŞ seçkilərinə müdaxiləsində sosial şəbəkələrin əsas rol oynaması barədə ehtimallardan ciddi narahatdır. Belə ki, “Facebook” şirkəti seçki öncəsində Rusiya trollarının bu sosial şəbəkədə siyasi məqsədli reklamlara 100 min dollardan çox pul xərclədiklərini açıqlayıb. Şirkət bu barədə məlumatları kəşfiyyata və qanunvericilərə təqdim edib.  

 

“Facebook” və “Google” Senatdan dəvət aldıqlarını təsdiqləyiblər. “Twitter”in isə Senat komitəsi üçün ayrıca qapalı brifinq keçirəcəyi xəbər verilir.  

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017